"Ancelottini Lippi və ya Kontedən necə yuxarı qoya bilərsən?" - Andrea Pirlo

"Ancelottini Lippi və ya Kontedən necə yuxarı qoya bilərsən?" - Andrea Pirlo

Əfsanəvi italyan futbolçu Andrea Pirlo rəhbərliyi altında futbol oynadığı məşqçilərdən danışıb.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" hazırda Türkiyənin "Fatih Karagümrük" komandasını çalışdıran mütəxəssisin dediklərini belə çatdırıb: 

“Mən ən yaxşılarla işlədim, hamıdan öyrəndim. Ançelotti insani və məşqçilik keyfiyyətlərinə görə bütün çempionatlarda hamıdan çox qalib gəlib.

Amma onu necə Marselo Lippi, Antonio Konte və Massimiliano Alleqridən üstün tuta bilərsən? Konte və Alleqri fərqlidir. 

Pep Quardiola unikaldır. O, həmişə yenilik etməyi sevir".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər