İtaliyanın "Napoli” klubu baş məşqçisi Mauritsio Sarri ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Neapolluların "sükan”ı Karlo Ançelottiyə verilib. "Napoli”nin prezidenti artıq sözügedən mütəxəssislə görüşərək, onunla 3 illik müqavilə barədə razılığa gəlib.
Tərəflərin yaxın günlərdə rəsmi müqaviləyə imza atması planlaşdırılır.
Fanat.Az