"Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti uelsli futbolçu Qaret Beyldən bezib və rəhbərliyin ondan qurtulmasını istəyir.
Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis hesab edir ki, Madrid klubunda oynamaq Beylin əsas prioritetlərindən biri deyil və Florentino Peresə onu ya satmağı, ya da müqaviləni ləğv etməyi tapşırıb.
Xatırladaq ki, Beyl 2013-cü ildən "RealMadrid"in şərəfini qoruyur
Emin Şəmsiyev