Anar Bəkirovun atası xəstəxanaya düşdü - 50 milyon borc

Anar Bəkirovun atası xəstəxanaya düşdü - 50 milyon borc

Azərbaycan Beynəlxalq Bankı ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov xəstəxanaya yerləşdirilib. Fanat.az “Report”a istinadən xəbər verir ki, o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb.

Ratmir Bəkirov əməliyyat ediləcək.O, əməliyyat edildikdən və səhhəti normallaşandan sonra məhkəməyə aparılacaq.

Qeyd edək ki, Ratmir Bəkirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması üçün Nərimanov Rayon Məhkəməsinə aparılmalı idi. O, fəaliyyətini dayandırmış “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdı. Onun Azərbaycan Beynəlxalq Bankına təxminən 50 milyon dollar borcunun olduğu bildirilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər