Altıqat dünya çempionu komanda yoldaşından oğurluq etdi

Altıqat dünya çempionu komanda yoldaşından oğurluq etdi

Biatlon üzrə fransalı altıqat dünya çempionu Culiya Simon cinayət törədib.

Fanat.Az xəbər verir ki, məlumatı "Lequipe" yayıb.

Xəbərə görə, 27 yaşlı idmançı millidəki komanda yoldaşının kredit kartını oğurlayıb və ondan alış-veriş üçün istifadə edib. Culiyanın geyim və idman aksessuarları mağazalarından özünə müxtəlif əşyalar aldığı bildirilib. Mənbə təlim-məşq toplanışı zamanı onunla eyni otaqda qalan Hyustin Breza-Buşe adlı biatlonçunun hadisə ilə bağlı polisə xəbər verdiyini, Simonun cərimələnərək həmkarına dəymiş ziyanı ödəməyə məhkum edildiyini vurğulayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər