Avropa Liqasında III turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" klubu Çexiyada "Yablonets"lə qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Almeyda meydana start heyətində çıxıb və 90-cı dəqiqədə Roman Murtazayev tərəfindən əvəzlənib. Millimizin üzvü 76-cı dəqiqədə rəqibini itələdiyinə görə sarı vərəqə alıb.
"Astana"nın qolunu ötən mövsüm "Qarabağ"da çıxış edən braziliyalı yarımmüdafiəçi Pedro Enrike rəqib qapısından keçirib.
Qeyd edək ki, 3 turda 5 xal qazanan "Astana" eyni xala sahib olan Kiyev "Dinamo"su ilə 1-2-ci pillələri bölüşür. 3 xalı olan "Renn" 3-cü, 2 xal qazanan "Yablonets" son pilləni tutur.
Fanat.Az