Almanları "qıdıqlaya" bilmişik- Dmitri Nazarov

Almanları "qıdıqlaya" bilmişik- Dmitri Nazarov

“Bakıda keçirilən oyunu yada salmaq istəyirəm. Qol vurub, almanları “qıdıqlaya” bilmişdik”. Fanat.Az saytının məlumatına görə, bu sözləri milli komandamızın oyunçusu Dmitri Nazarov deyib.

 

DÇ-2018-in seçmə mərhələsində komandamız bu gün Almaniya ilə qarşılaşacaq.

 

Matçdan əvvəl təşkil olunmuş mətbuat konfransında açıqlama verən Nazarov fikirlərini bölüşüb: “Matçdan sonra mənə yaxınlaşıb dedilər ki, sizdən belə oyun gözləmirdik. Dünya çempionuna qarşı çıxış edəcəyik. Seçmə mərhələdə son matçdı. Bütün görüşlərdə qələbə qazanıblar. Belə komandaya qarşı oyundan həzz almaq lazımdı. 30 min azarkeş olacaq. Bundan yaxşı stimul ola bilməz. Biz hazırıq. Hesabın necə olacağını isə bilmirik”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər