Almanlar niderlandlını onun həmyerlisi ilə əvəz edəcəklər

Almanlar niderlandlını onun həmyerlisi ilə əvəz edəcəklər

Niderland çempionatından transfer edilən Daniel Malenin Dortmund "Borussiya"sındakı uğurlu çıxışı klub rəhbərliyini Erediviziyada gənc istedadlar axtarmağa sövq edib. 

Fanat.Az xəbər verir ki, üstəlik, 25 yaşlı özü də bu yay "Borussiya"nı tərk edə bilər. 

Ona əvəzləyici axtaran alman klubunun rəhbərliyi istədiyini də məhz Niderlandda tapıb.

"Voetbal International"-ın məlumatına görə, Dortmund klubu PSV-dən Yohan Bakayono ilə maraqlanır. “Borussiya” artıq mümkün transferlə bağlı futbolçunun yaxın ətrafı ilə əlaqə saxlayıb. Bundan əlavə, PSV-nin texniki direktoru Ernest Stüart cinah oyunçusunun getmək ehtimalını gizlətməyib.

Yohan Bakayoko bu mövsüm 43 oyuna çıxıb, 11 qol vurub, 14 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər