Almaniyadan qovulan "Kayrat"ın sabiq çalışdırıcısı Kiprə üz tutdu

Almaniyadan qovulan "Kayrat"ın sabiq çalışdırıcısı Kiprə üz tutdu

Almatı "Kayrat"ının keçmiş baş məşqçisi Aleksey Şpilevski karyerasını Kiprdə davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, iyunun 9-da Qazaxıstan klubundan ayrılaraq ikinci bundesliqa təmsilçisi "Erzgebirge"nin sükanı arxasına keçən belaruslu mütəxəssisin Almaniya macərası 7 oyuna sığıb.   Dörd məğlubiyyət və üç heç-heçə ilə yadda qalan klub Şpilevskini istefaya göndərib.  O, artıq özünə yeni iş yeri tapıb. "Kayrat"ın sabiq çalışdırıcısı Kipr "Aris"inin yeni baş məşqçisi olacaq.

Xatırladaq ki, Şpilevski 2019-2021 -ci illərdə "Kayrat"a rəhbərlik edib. Belaruslu mütəxəssisin rəhbərliyi altında Almatı klubu ötən mövsüm ölkə çempionu olub (2020) və 2019 mövsümündə gümüş medal qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər