Almaniyada hakim yaralandı, oyun dayandırıldı - VİDEO

Almaniyada hakim yaralandı, oyun dayandırıldı - VİDEO

Almaniya Bundesliqasının “Bohum” – “Borussiya Mönhenqladbax" matçı yarımçıq dayandırılıb. Fanat.Az xəbər verir ki, buna azarkeşlərdən birinin 71-ci dəqiqədə tribunadan atdığı pivə qabı ilə hakimi yaralaması səbəb olub.  

Oyun dayandırılarkən qonaqlar hesabda 2:0 öndə olub. "Bohum" klubu sosial şəbəkə hesablarında azarkeşlərin bu cür davranışından məyus olduğunu bildirib: "71-ci dəqiqədə məsuliyyətsiz bir azarkeşin günahı ucbatından oyun yarımçıq qaldı. Azarkeş meydançaya doğru nəsə atıb köməkçi hakimi vurdu. Matç dayandırıldı. İnanılmaz məsuliyyətsiz bir davranışdır. Stadionlarda bu cür davranışlara yer yoxdur". 

 

Qeyd edək ki, "Bohum"da 2020-ci ildən sonra ilk dəfə stadionun tam tutumuna, yəni 25 minə icazə verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər