Almaniya nəhəngi Tuxelə iki qadağa qoydu - Nə baş verir?

Almaniya nəhəngi Tuxelə iki qadağa qoydu - Nə baş verir?

"Bayern Münhen" rəhbərliyi ilə baş məşqçi Tomas Tuxel arasında mübahisə yaranəb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb. 

Mənbənin məlumatına görə, klub rəhbərliyi ona qadağalar tətbiq edib. 

Təcrübəli mütəxəssis ilk növbədə transferlərdə həlledici rol oynamaq funksiyasından uzaqlaşdırılıb. Bundan başqa Tuxelin "ağzını bağlayıblar". Belə ki, ona komandada baş verənləri mənfi şəkildə şərh etmək qadağan olunub. Mənbə rəhbərliyin bu qadağalarını perspektivdə bu baş məşqçiyə güvənmədikləri üçün tətbiq etdiklərini vurğulayıb. 

Maraqlıdır ki, "Bayern Münhen" Tomas Tuxelin rəhbərliyi altında bu mövsüm keçirdiyi 3 oyunun hamısında qalib gəlib və "Bayer Leverkuzen"lə birlikdə lider mövqeyini bölüşürlər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər