Almaniya nəhəngi türk hücumçunu istəyir

Almaniya nəhəngi türk hücumçunu istəyir

"Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy İstanbul klubundan ayrıla bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Fotomaç" yayıb.

Xəbərə görə, gənc ulduz "Borusiya Dortmund"un diqqət mərkəzindədir. Mənbə bildirir ki, Almaniya nəhəngi mövsümün əvvəlindən Semihin oyunlarını izləyir.

"Beşiktaş" Semih üçün 35 milyon avro transfer haqqı müəyyən edib.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm "qara qartallar"ın forması ilə 11 rəsmi maçtda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər