Alman nəhəngi əzəli rəqibinin ulduzunu oğurlayır

Alman nəhəngi əzəli rəqibinin ulduzunu oğurlayır

"Borussiya"nın oyunçusu Rafael Qerreyru karyerasını Dortmund klubunun əzəli rəqibi "Bayern Münhen"də davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Florian Plettenberq yayıb. 

Mənbənin məlumatına görə, son çempion Qerreyrunu havayı əldə etməyə yaxındır. Belə ki, bir aydan sonra o, azad agent olacaq.   Tərəflər arasında danışıqlar yaxşı gedir, yekun qərarı Münhen klubunun yeni transfer şurası verəcək.

Qerreyru "Borussiya Dortmund"da 7 mövsüm keçirib. Sol cinah müdafiəçisi bu dövrdə 224 oyun keçirib, 40 qol vurub və 50 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər