"Çalışacağıq ki, ən yaxşı oyunumuzu nümayiş etdirək" - "Makkabi"nin müdafiəçisi

"Çalışacağıq ki, ən yaxşı oyunumuzu nümayiş etdirək" - "Makkabi"nin müdafiəçisi

İsrailin "Makkabi" (Təl-Əviv) komandasının müdafiəçisi Şeran Yeini Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə"yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında belə danışıb:

“Üçüncü dəfədir Azərbaycana gəlirəm. Əvvəlki görüşlərimizdə 0:0 və 1:1 hesabı qeydə alınmışdı. Çalışacağıq ki, ən yaxşı oyunumuzu nümayiş etdirək”.

Sabah “Dalğa Arena”da baş tutacaq “Zirə” – “Makkabi” qarşılaşması saat 20:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər