Alimi vətənindəki təklifə arxalanıb bu qədər istəyir - SON DURUM

Alimi vətənindəki təklifə arxalanıb bu qədər istəyir - SON DURUM

"Qəbələ" ilə digər klubların yüksək maaş tıklifləri üzündən müqvavilə yeniləməyən İsnik Alimi əsas elçilərindən olan "Zirə" ilə də əməkhaqqı mövzusunda razılığa gələ bilmir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Şimali Makedoniya əsilli albanı ölkəsinin təmsilçilərindən biri istəyir.

Görünən budur ki, artıq "Qəbələ"yə qayıdacağı inandırıcı görünməyən İsnik 29 yaşda yaxşı qazanmağın vacibliyini anlayıb. Onun ilk növbədə özünə maddi cəhətdən uyğun olan variantı seçəcəyi şübhə doğurmur.

Bilinən budur ki, Alimi "Zirə"dən aylıq 20 min dollar məvacib tələb edib və məbləğin çoxluğu vəziyyəti bir qədər dəyişib. Yəni futbolçu pulda güzəşt etməsə, "Zirə" böyük ehtimalla, ondan imtina edəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər