Alessandro Nesta bu komandanı çalışdıracaq - Özü dedi

Alessandro Nesta bu komandanı çalışdıracaq - Özü dedi

Tanınmış italiyalı məşqçi, ölkəsinin əfsanəvi futbolçularından olan Alessandro Nesta yeni iş yerini açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, "Sky Sports" sabiq müdafiəçinin sözlərini belə çatdırıb:

"Recana" ilə demək olar ki, münasibətləri rəsmiləşdirmişik. Çox şadam. İndi klubun rəsmi elanını gözləyirəm".

"Recana" mövsümün yekunlarına əsasən, C Seriyasından B Seriyasına yüksəlib.

2014-cü ildə peşəkar futbolçu karyerasını başa vuran Nesta ABŞ "Mayami"sində 2 il məşqçilik etdikdən sonra İtaliyaya qayıdıb. Onun son klubu isə 2019-2021-ci illər aralığında B Seriyasında çalışdırdığı "Frozinone" olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər