"İnter"in hücumçusu Aleksis Sançes bir neçə Səudiyyə Ərəbistanı klubundan, eləcə də Türkiyə və Braziliya təmsilçilərindən təkliflər alıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Milan təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq çilili forvard çoxsaylı təkliflərə rəğmən, iş yerini dəyişmək istəmir. Mənbə Sançesin "qara-göylər"lə anlaşma yeniləmək istədiyini və tərəflərin yaxın vaxtlarda danışıqlara başlayacağını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 23 matça çıxan Aleksis 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat