Aleksey İsayevdən uşaqlara sürpriz - VİDEO

Aleksey İsayevdən uşaqlara sürpriz - VİDEO

"Sabah"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev klubun U-13 komandası ilə görüşüb. Fanat.Az xəbər verir ki, İsayev komandanın Bakı Olimpiya Stadionundakı məşqinə gələrək, azyaşlı futbolçulara sürpriz edib.

Futbolçuların suallarını cavablandıran Aleksey, daha sonra onlarla birgə məşq edib. İsayev azyaşlı futbolçularla söhbətində futbola gəlişi, futbolçu kimi formalaşmasında rol oynayan əsas amillər barədə danışıb, onlara öz tövsiyələrini verib.

Sonda U-13 komandasının üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib olan futbolçuya Aleksey İsayevin imzalı forması hədiyyə verilib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər