Aleksandr Qleb: "Elə buna görə çempionatı dayandırmırlar"

Aleksandr Qleb: "Elə buna görə çempionatı dayandırmırlar"
Belarus millisinin, "Arsenal" və "Barselona"nın sabiq futbolçusu Aleksandr Qleb koronavirus pandemiyası dönəmində ölkəsində futbol çempionatının dayandırılmamasını şərh edib.
Fanat.Az Matç TV-nin saytına istinadən xəbər verir ki, veteran ulduz belə deyib:
"Bütün dünya bizim çempionatımıza baxır. Bundan gözəl nə ola bilər? Açığı, zövq alıb almadıqlarını deyə bilmərəm. Amma faktdı ki, bir çox ölkələr Belarus birinciliyinin yayım hüququnu alıb. Məncə, elə buna görə çempionatı dayandırmırlar".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər