"Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold gələcəkdə mərkəz və ya dayaq yarımmüdafiəçisi mövqeyində oynamaq istəyib-istəmədiyi barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "The Athletic" "qırmızılar"ın vitse-kapitanının dediklərini belə çatdırıb:
"Qərarı həmişə baş məşqçi verir. Biz bunu millinin baş məşqçisi Qaret Sautgeytlə müzakirə etmişik. O, mənə hansı mövqedə necə oynamalı olduğumu deyib. Yarımmüdafiədə çıxış etməyi ildən-ilə "artıraraq" bacardım. Meydanın mərkəzində topla hərəkət etmək, komandanın uğurunda pay sahibi olmaq xoşuma gəlir.
Mənim üçün matça yarımmüdafiəçi kimi başlamaq və ya oyunun gedişində mövqe dəyişməyin fərqi yoxdur. Sadəcə oynamaq istəyirəm. Mərkəz yarımmüdafiəçisi, yoxsa dayaq yarımmüdafiəçisi? Əslində hər ikisi. Hər şey baş məşqçinin nə istəməsindən asılıdır".
Nihat