Alberto karyerası ilə bağlı qərarını verdi

Alberto karyerası ilə bağlı qərarını verdi

İspaniyalı yarımmüdafiəçi Luis Alberto gələcəyi ilə bağlı qərarını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkira sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin məlumata görə, 31 yaşlı yarımmüdafiəçi "Latsio" ilə yeni müqavilə bağlamaq qərarına gəlib. Müqavilə 2027-ci ilə qədər qüvvədə olacaq.

Tərəflər arasında yeni müqavilədə bir mövsüm uzatma variantı da var. Futbolçunun maaşı ildə dörd milyon avro olacaq.

Luis 2016-cı ildən İtaliya komandasında çıxış edir. İtaliya çempionatının bu mövsümündə yarımmüdafiəçi 7 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər