Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, əksər matçlar son oyun gününə təsadüf edib.
Türkiyənin “Beşiktaş” komandası 3-cü raundda Çexiya təmsilçisi “Hradeç”lə görüşüb. İstanbul nəhəngi səfərdən minimal hesablı qələbə ilə qayıdıb.
Əvvəlki raundda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Sofiya ÇSKA-sı isə qonaq qismində Təl-Əviv "Makkabi"sini 3 cavabsız qolla üstələyərək pley-offa yüksəlmək yolunda inamlı addım atıb. Gecənin ən məhsuldar qarşılaşması Portuqaliyada baş tutub. "Benfika" "Harts"ı meydana çıxdığına peşman edib.
Mərhələnin cavab oyunları avqustun 13-də keçiriləcək.
Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunları 6 avqust
KuPS (Finlandiya) – Universitatya (Krayova, Rumıniya) 1:1 Yagelloniya (Polşa) – Reyncers (Şotlandiya) 2:1 Makkabi (Təl-Əviv, İsrail) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:3 Hradeç (Çexiya) – Beşiktaş (Türkiyə) 0:1 Lex (Polşa) – Klaksvik (Farer adaları) 1:0 Linkoln (Cəbəllüttariq) – Omoniya (Kipr) 1:1 Zalsburq (Avstriya) – Pafos (Kipr) 1:0 PAOK (Yunanıstan) – Anderlext (Belçika) 0:1 Tyun (İsveçrə) – Vikinqur (İslandiya) 3:0 Benfika (Portuqaliya) – Harts (Şotlandiya) 6:1