AGİN tabeliyində olan bütün idman qurğularının fəaliyyətini dayandırdı

AGİN tabeliyində olan bütün idman qurğularının fəaliyyətini dayandırdı
Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat Katibi Səmayə Məmmədova yerli mətbuata açıqlma verib.
 
Fanat.Az xəbər verir ki, AGİN tabeliyində olan bütün idman qurğularının fəaliyyətini dayandırıb.
Açıqlamada deyilir :"Hal hazırda hər bir dövlətin əsas məqsədi  bütün dünyanı narahat edən  koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq  və əhalisinin sağlamlığını qorumaqdır.
Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların  sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə  Gənclər və İdman Nazirliyinin tabeliyində olan  Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır. Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri,  karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və Formula 1 Azərbaycan Grand Prisisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.
Məlumat üçün bildiririk ki,  Respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər