Agenti Fernandesin gedəcəyini təsdiqlədi

Agenti Fernandesin gedəcəyini təsdiqlədi

"Zenit"in braziliyalı futbolçusu Mario Fernandesin agenti Jorje Maşadu müştərisinin Rusiya klubunu tərk edəcəyi ilə bağlı informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "sportsdaily.ru"ya danışan Maşadu rəhbərliklə yeni anlaşma ilə bağlı razılığa gələ bilməyən müdafiəçinin gedəcəyini açıqlayıb:

"Bəli, Fernandes "Zenit"dən ayrılacaq".

Xatırladaq ki, 33 yaşlı Fernandes 2023-cü ilin yayında qoşularaq 2+1 illik müqaviləyə imza atıb. 2017-2021-ci illər aralığında Rusiya millisində də çıxış edən "sambaçı" ötən mövsüm Sankt-Peterburq klubunda 18 oyuna çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər