Afrikanın ən yaxşı oyunçusu adına 3 namizəd açıqlandı

Afrikanın ən yaxşı oyunçusu adına 3 namizəd açıqlandı

Afrika Futbol Konfederasiyası (CAF) 2021/22 mövsümünün ən yaxşı oyunçusu adına 3 namizədin kimliyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bunlar "Bayern Münhen"in hücumçusu Sadio Mane, "Liverpul"un forvardı Məhəmməd Salah, "Çelsi"nin qapıçısı Eduar Mendidir.

Salah və Mane artıq üçüncü ildir seçimlərin son mərhələsinə vəsiqə qazanırlar. Misirli mükafatı iki dəfə, seneqallı isə bir dəfə qazanıb.

Qalib iyulun 21-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək tədbirdə açıqlanacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər