Afrika nəhənglərinin qısqandıran Afrika şeytanı

Afrika nəhənglərinin qısqandıran Afrika şeytanı
38 ölkə çempionluğu, 35 kubok, 8 qitə birinciliyi və saysız-hesabsız başqa kuboklar... Afrikanın şimalında, kimsənin tanımadığı bir nəhəng var - "Əl-Əhli"
Futbol deyən kimi ağıllara gələn klublar Avropanın böyük komandaları olur. Küçəyə çıxıb insanlardan 10 böyük klubun adını saymasını istəsən, heç şübhəbəsiz "köhnə qitə" təmsilçilərinin adını çəkəcək. 
Futbolu daha dərindən izləyən və yalnız Avropada oynanılan idman növü olmadığını anlayan bəlli bir qrup isə verəcəyimiz bu sualın cavabında bir neçə Cənubi Amerika təmsilçisinin adını çəkə bilər. Amma istisnaları bir kənara qoyaq: Afrika və Asiyadan hər hansı bir klub çətin ki, insanların deyəcəyi "onluğ"a düşə bilsin.
"Barselona", "Real", "Mançester Yunayted", "Bavariya", "Yuventus", "Çelsi", "Arsenal" deyərkən insan beyni futbolun Avropadan olduğunu qəbul edir. Amma istər Amerikanın cənubunda, istər Afrikanın şimalında, istər Asiyada və ya digər bölgələrdə futbol ən azı Avropadakı qədər populiyardır. Futbol azarkeşləri də ən azı Avropadakılar qədər bu idman növünə maraq göstərir. Eynən 80 milyon əhalisi olan Misirdə 50 milyondan artıq insanın azarkeşlik etdiyi "Əl-Əhli" kimi...
Afrika nəhənglərinin qısqandıran Afrika şeytanı
Qitəyə hökm edən Afrika şeytanı
Şimal Afrika ölkələrindən Misir hər nə qədər XX əsrin ortalarında və bu gün mübaribələrə meydan olsa da, əslində bir futbol ölkəsidir. Ölkənin yetişdirdiyi bir çox ulduz futbolçu ilə yanaşı, bir klub bütün qitədə hegemonluq edir.
Bəziləri üçün komik görünə bilər, amma bəhs etdiyimiz bu klub "Barselona" və "Real"ın uğurlarını kölgədə qoya biləcək keçmişə sahibdir. Həm də Çin klubları kimi astronomik məbləğlər xərcləmədən və Avropa klublarına futbolçu ixrac etməklə bunu başarıblar.
Misir Premyer Liqasında mübarizə aparan "Əl-Əhli" 1948-ci ildən keçrilən liqada düz 38 dəfə çempionluq sevinci yaşayıb. Yəni 38 il "Əl-Əhli", qalan illərdə digər komandalar çempion olub.
"Əl-Əhli"nin uğurları çempionatla yekunlaşmır. Bu komanda tarixi ərzində 50 dəfə Misir Kubokunun finalına çıxıb, bunlardan 35-də kuboku başı üzərinə qaldırıb. 
9 dəfə ölkə Super Kubokuna sahib çıxan "Əl-Əhli" Misir daxilində indiyədək keçrilmiş digər kubokların da dəfələrlə qalibi olub.
"Əl-Əhli"ni böyük edən zəfərlər sadəcə Misirdə qazandığı çempionluqlar və kuboklar deyil. Bu klub Afrika futboluna da damğa vurub. 10 dəfə Afrika Çempionlar Liqasının finalına çıxan komanda 8 dəfə kuboka sahib çıxıb. Bundan başqa Qahirə klubu 4 dəfə Afrika Kuboklar Kubokunun, 1 dəfə Konfederasiya Kubokunun, 6 dəfə qitə Super Kubokunun qalibi olub. 
2006-cı ildə klublararası dünya çempionatının qalibi adını qazanan "Əl-Əhli" 1988-ci ildə də Afro-Asiya klub çempionatında qızıl medallara sahib çıxıb.
Afrika nəhənglərinin qısqandıran Afrika şeytanı
Avropa nəhənglərini qısqandıran Afrikalı
"Qırmızı-şeytanlar" deyilincə hər kəsin ağlına "Mançester Yunayted" gəlir. Amma Misirdə yaşayan hər kəs üçün bu sualın cavabı "Əl-Əhli"dir. "Qırmızı-şeytanlar" ləqəbi ilə tanınan Qahirə klubu bu günə qədərki uğurları ilə ölkədəki rəqiblərinə göz açdırmayıb. Ölkə əhalisinin yarıdan çoxunun dəstəklədiyi paytaxt kulbu bir çox Afrika klubunun ağzını sulandıracaq keçmişə sahibdi. 
Gələk avropalılara... Bəlkə də çoxlarınız ağız büzəcək, bəziləriniz önəm verməyəcəksiniz, amma dəqiq bir fakt var ki, Afrikada hökm sürən bu komanda Avropa nəhənglərini qısqandıran uğurların memarıdır...
Hansı transferlərlə, hansı böyük pullarla, hansı böyük baş məşqçilərlə bir Avropa klubu "Əl-Əhli"nin uğurlarına imza atıb? Avropadakı liqaların ağırlığına görə Misir çempionatından çox üstün olduğunu deyə bilərsiz. Haqlısınız, futbol Avropada daha çətin və daha ağırdır. Avropada daha çox pul var. Avropada rəqabət, ulduzlar var. Amma unutmamalıyıq ki, Afrikada Ronaldo da yoxdur, Messi də. "Əl-Əhli"nin qazandığı uğurların altında 60-70 milyon avroluq ulduzların imzası da yoxdur...
Afrika nəhənglərinin qısqandıran Afrika şeytanı
Kiçik büdcə, böyük ürək
"Əl-Əhli"nin uğurlarını və keçmişini sadalamaqla bitməz. Yəqin ki, onlara bu qədər uğuru qazandıran futbolçular da sizin üçün maraqlı olar. 
Qahirə təmsilçisi bu uğurları kiçik büdcələr hesabına əldə edən klubdu. Onlar hər zaman futbol akademiyalarında yetişən ulduzlarla özlərindən söz etdiriblər. "Arsenal"ın gənc ulduzu Elneni, "Stok Siti"nin gənc istedadı Ramadan Sobhi, hazırda "Braqa"da top qovan Ahmed Hassan və "Anderlext"in formasını geyinən Trezege "Əl-Əhli"nin yetişdirdiyi ulduzlardan bəziləridi. 
Qısası, "Əl-Əhli" kiçik büdcəsi, böyük ürəyi, 82 milyonluq ölkədə 50 milyondan artıq azarkeşi ilə tarix yazmış bir klubdur. Avropadakı ulduz futbolçuların bir neçə aylıq maaşına bərabər bir büdcə ilə Afrikada qazanmadığı uğur qalmayan bu klub bütün hörmətə layiqdir.
Qeyd edək ki, yazı goal.com-un yazısı əsasında hazırlanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər