Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turu başa çatıb.
Fanat.Az xəbər verir ki, 8-ci oyun günündə dörd görüş reallaşıb. E qrupunda Fil Dişi Sahili Syerra Leone ilə bərabərə qalıb. Əlcəzair Ekvatorial Qvineyaya minimal hesabla uduzub. F qrupunda isə Tunis Mavritaniyanı darmadağın edib, Qambiya Mali ilə heç-heçəyə razılaşıb. Afrika Millətlər Kuboku 16 yanvar E qrupu Fil Dişi Sahili – Syerra Leone 2:2 Qollar: Haller, 25. Pepe, 65 – M.Kamara, 55. A.Kamara, 90+3. Əlcəzair – Ekvatorial Qvineya 0:1 Qol: Obianq, 70. Xal durumu: Fil Dişi Sahili, 4, Ekvatorial Qvineya – 3, Syerra Leone – 2, Əlcəzair – 1. F qrupu Qambiya – Mali 1:1 Qollar: Barrou, 90 Kone, 79-pen. Tunis – Mavritaniya 4:0 Qollar: Matluti, 4. Xazri, 9; 64. Cəziri, 66. Xal durumu: Qambiya – 4, Mali – 4, Tunis – 3, Mavritaniya – 0.