Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub. D qrupunda Misir millisi Sudanı minimal hesabla üstələyib. Aşkar favorit Nigeriya isə Qvineya Bisaunun sürpriz etməsinə imkan verməyib. Bu nəticələrdən sonra Nigeriya lider, "fironlar" isə qrup ikincisi qismində pley-offa yüksəlib. Afrika Millətlər Kuboku 19 yanvar D qrupu Misir – Sudan 1:0 Qol: Abdelmonem, 35. Qvineya Bisau – Nigeriya 0:2 Qollar: Sadiq, 56. Ekonq, 75. Xal durumu: Nigeriya – 9, Misir – 6, Sudan – 1, Qvineya Bisau - 1.