Afrika Millətlər Kuboku: Misir və Seneqal yarımfinalda

Afrika Millətlər Kuboku: Misir və Seneqal yarımfinalda

Afrika Millətlər Kubokunda 1/4 final mərhələsi başa çatıb. 

Fanat.Az xəbər verir ki, bu gün daha iki yarımfinalçı müəyyənləşib.   Misir - Mərakeş matçının əsas vaxtı qollu bərabərliklə yekunlaşıb. Əlavə vaxtda daha bir qol vuran misirlilər adını növbəti mərhələyə yazdırıb. 

Seneqal seçməsi isə Ekvatorial Qvineya üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksələn növbəti komanda olub.   Dünən Kamerun və Burkina Faso yığmaları da yarımfinala vəsiqə qazanmışdılar. 

Beləliklə, finala vəsiqə uğrunda Burkina Faso millisi Seneqalla, Misir isə Kamerunla qarşılaşacaq.   Afrika Millətlər Kuboku 1/4 final 30 yanvar   Misir – Mərakeş 2:1 Qollar: Salah, 53. Trezeqe, 100 – Bufal, 7-pen.   Seneqal – Ekvatorial Qvineya 3:1 Qollar: Dyedyu, 28. Kuyate, 68. Sarr, 79 – Buyla, 57.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər