Afrika Millətlər Kuboku: Mərakeş və Seneqal 1/4 finalda

Afrika Millətlər Kuboku: Mərakeş və Seneqal 1/4 finalda

Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, bu gün daha iki matç keçirilib.   Öncə Seneqal millisi Kabo-Verde ilə üz-üzə gəlib. “Qarabağ”ın kabo-verdeli legioneri Patrik Andradenin də forma şansı qazandığı görüş komandası üçün uğursuz alınıb. Start "11-lik"də yer alan Patrik 21-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 57-ci dəqiqədə Andradenin daha bir komanda yoldaşı oxşar aqibətlə üzləşib. Rəqibin 9 nəfərlə qalmasından faydalanan Seneqal inamlı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.   Mərakeş seçməsi isə Malavi üzərində əzmkar zəfərə sevinərək 1/4 finala yüksələn növbəti komanda olub.   Bunadək Burkina Faso, Tunis, Qambiya və Kamerun yığmaları 1/4 finala vəsiqə qazanmışdı.   Afrika Millətlər Kuboku 1/8 final 25 yanvar   Seneqal – Kabo Verde 2:0 Qollar: Mane, 63. Dienq, 90+2.   Mərakeş – Malavi 2:1 Qollar: En Nesiri, 45+2. Hakimi, 70 – Mhanqo, 7.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər