Afrika ölkəsi Olimpiadaya ev sahibliyi etmək istəyir

Afrika ölkəsi Olimpiadaya ev sahibliyi etmək istəyir

Misir 2036-cı ildəki Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək niyyətindədir.

Fanat.Az "Reuters"a istinadən xəbər verir ki, ölkə Olimpiada üçün namizədliyini irəli sürəcək.

Misir dördilliyin zirvə yarışını keçirən ilk Afrika ölkəsi ola bilər. Bundan əvvəl Almaniya, Meksika, Türkiyə, Rusiya, Hindistan və Qətər də 2036-cı ildəki Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyini açıqlayıb.

Qeyd edək ki, növbəti üç Olimpiadanın hansı şəhərdə keçiriləcəyi bəllidir. Oyunlar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər