AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 15-də videokonfrans formatında baş tutacaq.

Saat 17:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi

2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023 mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması

4. Digər məsələlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər