AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

İyunun 3-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı saat 10:00-da başlayacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi 2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr 3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi 4. I və II Liqada mövcud vəziyyətin müzakirəsi 5. “Qəbələ” klubuna müvafiq yardımın ayrılması 6. Digər məsələlər  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər