Adebayor illər sonra açıqladı: "Məşqlərə sərxoş halda gəlirdi"

Adebayor illər sonra açıqladı: "Məşqlərə sərxoş halda gəlirdi"

“Tottenhem”in sabiq futbolçusu Emmanuel Adebayor keçmiş komanda yoldaşı Roman Pavlyuçenkonun məşqlərə sərxoş gəldiyini deyib.

Fanat.Az xəbər verir ki, "The Guardian" 38 yaşlı veteran hücumçunun dediklərini belə çatdıırıb:

"Onunla qısa müddətdə dostluq edə bildik. Sosial şəbəkələrdə onu tapa bilirəm. Bir hekayə yadıma düşdü. O hərdən məşqlərə sərxoş halda gəlirdi. Bir gün ondan dəhşətli dərəcədə spirt qoxusu gəlirdi. Sərxoş və şən idi. Mən ondan sərxoş olub olmadığı barədə soruşdum. O isə əli ilə "yox" deyə bildirdi".

Xatırladaq ki, karyerası ərzində Emmanuel Adebayor "Arsenal", "Tottenhem", "Mançester Siti" və "Real Madrid" kimi klubların şərəfini qoruyub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər