AÇ: Daha üç güləşçimiz mübarizəyə qoşulur

AÇ: Daha üç güləşçimiz mübarizəyə qoşulur

Tiranada (Albaniya) güləş üzrə yeniyetmələr arasında (U-17) Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın dördüncü günündə daha beş çəkidə qız güləşçilər xalça üzərində mübarizə aparacaqlar. Azərbaycanı turnirdə Esra Məmmədli (46 kq), Gülər ​​Həbibova (53 kq) və Günay Qurbanova (61 kq) təmsil edəcək.

Axşam saatlarında Ruzanna Məmmədova (57 kq) final görüşünə çıxacaq.

Qeyd edək ki, ilk üç gündə mübarizə aparan Azərbaycanın yunan-Roma güləşi millisi yarışı bir qızıl və beş bürünc mükafatla başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər