Acun Ilıcalı Namikin keçmiş komandasına pul ödəyəcək - MƏBLƏĞ

Acun Ilıcalı Namikin keçmiş komandasına pul ödəyəcək - MƏBLƏĞ

Azərbaycan millisinin üzvü Namik Ələskərovun keçmiş klubu "Bursaspor" borclarının bir qismini məşhur teleaparıcı və prodüser, İngiltərənin "Hall Siti" klubunun sahibi Acun Ilıcalı ödəyəcək.

Fanat.Az xəbər verir ki, Türkiyə millisinin üzvü Ozan Tufanı transfer etməyə yaxın olan Çempionşip təmsilçisi futbolçunun sabiq klubu olan "Bursaspor"a da vəsait ödəyəcək.

Razılaşmaya görə, Ozanın "Hall Siti"yə keçid məbləğinin 3,5 faizi "timsahlar"ın büdcəsinə köçürüləcək. Türkiyə mətbuatı "Fənərbağça"nın oyunçusunun "Hall Siti"yə 3 milyon avroya keçəcəyini iddia edir. Bu isə o deməkdir ki, Acun Ilıcalı "Bursaspor"a 105 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, Namik Ələskərov ötən yayda transfer olunduğu "Bursaspor"dan bu ilin may ayında ayrılıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər