Açıq respublika birinciliyi keçirildi

Açıq respublika birinciliyi keçirildi

Üzgüçülük üzrə açıq respublika birinciliyi keçirilib.

Fanat.Az xəbər verir ki, yarışda müxtəlif klublardan ümumilikdə 400-dən çox idmançı iştirak edib.

2007-2008-ci, 2009-2010-cu və 2011-dən kiçik olan idmançılar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, arxası üstə, batterflay, brass və qarışıq üsulla üzmədə bacarıqlarını nümayiş etdiriblər.

Xüsusi normativləri yerinə yetirən idmançılara Bakı Su İdmanı Sarayı tərəfindən bonuslar və təqaüd ayrılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər