ABŞ-da İPL-ə artan maraq klublara pul qazandıracaq

ABŞ-da İPL-ə artan maraq klublara pul qazandıracaq

İngiltərə Premyer Liqasında iştirak edən klubların illik gəlirinə 9 milyon avro əlavə olunacaq.

Fanat.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, İPL-in ABŞ-ın TB telekanalı ilə bağladığı 1,1 milyard funt sterlinqlik müqavilədən klubların da qazancı olacaq. 

Belə ki, sözügedən məbləğdən çempionatda çıxış edən klublara hər il əlavə 9 milyon funt sterlinq (20 milyon 6 yüz min manat) pay düşəcək.

Anlaşma gələn həftə rəsmən elan ediləcək.

Qeyd edək ki, koronavirusdan öncə İPL klubları ABŞ yayım ümumından ümumilikdə 2 milyard 170 milyon funt sterlinq (4 milyard 960 milyon azn) gəlir əldə edib. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər