AÇ: Boksçumuz "gümüş"lə kifayətləndi

AÇ: Boksçumuz "gümüş"lə kifayətləndi

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında final döyüşlərinə start verilib. 

Fanat.Az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanan Azərbaycan millisinin iki üzvündən rinqə öncə Ruslan Qədirov (54 kq) çıxıb. 

Marian Çiniou (Rumıniya) və Elmir Nəbiyevi (Ukrayna) məğlub edən 20 yaşlı Azərbaycan çempionu finalda türkiyəli Samet Gümüşlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib. 

Nəticədə Azərbaycan yığmasının Avropa çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Qədirovadək Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medala layiq görülüblər. Finala yüksələn digər boksçumuz Nicat Hüseynov (51 kq) isə həlledici döyüşünə axşam seansında çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər