Abasovun səlahiyyətiləri məhdudlaşdırıldı, seleksiyaçılar isə...

Abasovun səlahiyyətiləri məhdudlaşdırıldı, seleksiyaçılar isə...

"Neftçi" rəhbərliyi Yeni il ərəfəsində seleksiyaçı - məşqçilərlə görüş keçirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, İqor Getman və Vadar Nuriyevlə ümidləri doğrultmayan yay transferlərini müzakirə edən rəhbərlik sözügedən mütəxəssislərin klubdakı gələcəyi ilə bağlı qərar verib.

Görüş zamanı seleksiyaçıların bu yay təklif etdiyi əksər futbolçuların baş məşqçi tərəfindən bəyənilməməsi, başqa sözlə, Romen Bask, Harramiz Soares, Xorxe Korrea, Huqo Basto kimi yanlış seçimləri məhz Samir Abasovun etdiyi müəyyənləşib.

Bu səbəbdən Getmanla Nuriyevlə yolların vaxtından əvvəl ayrılmaması uyğun sayılıb. Hər iki mütəxəssis müqavilələrinin müddəti başa çatana qədər klubda qalacaq. 

Əvəzində Abasovun səlahiyyəti məhdudlaşdırılıb. Belə ki, "Neftçi"nin çalışdırıcısı növbəti transferlər zamanı hansısa oyunçunun heyətə cəlb edilməsi ilə bağlı təkbaşına qərar verə bilməyəcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər