Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, kişilərdə Şəhriyar Məmmədyarov və Qədir Hüseynov ağ, Rauf Məmmədov və Nicat Abasov qara fiqurlarla oynayacaq. Qadınlarda Günay Məmmədzadə və Xanım Balacayeva görüşlərini ağ, Gülnar Məmmədova və Gövhər Beydullayeva qara fiqurlarla keçirəcək.
Avropa çempionatı, I tur
Kişilər
Azərbaycan - İtaliya
Şəhriyar Məmmədyarov - Daniel Vokaturo Rauf Məmmədov - Luka Moroni Qədir Hüseynov - Alessio Valçesi Nicat Abasov - Françesko Sonis
Qadınlar
Azərbaycan - Türkiyə
Günay Məmmədzadə - Sila Çağlar Gülnar Məmmədova - Buse Naz Koçyigit Xanım Balacayeva - Gülenay Aydın Gövhər Beydullayeva - Çiğdem Onur
Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.