Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq.
Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib.
57 kq 1/4 final Əliabbas Rzazadə - Anatoli Buruian (Moldova) / Horst Ler (Almaniya)
61 kq Təsnifat mərhələsi İntiqam Vəlizadə - Taras Markoviç (Ukrayna)
65 kq 1/8 final Əli Rəhimzadə - Georgios Pilidis (Yunanıstan) / İslam Dudayev (Albaniya)
70 kq Təsnifat mərhələsi Hacı Əliyev – Canluka Talamo (İtaliya)
74 kq Təsnifat mərhələsi Cəbrayıl Qadjiyev – Simon Markl (Avstriya)
79 kq 1/8 final Səbuhi Əmiraslanov – İman Mahdavi (UWW)
86 kq 1/8 final Abubakr Abakarov – Fatih Erdin (Türkiyə) / Ruslan Valiyev (Fransa)
92 kq 1/4 final Osman Nurmaqomedov – Filip Finesilver (İsrail) – Recep Haydari (Şimali Makedoniya)
97 kq 1/8 final Maqomedxan Maqomedov – Benjamin Honis (İtaliya)
125 kq Təsnifat mərhələsi Georgi Meşvildişvili – Gennadi Kudinoviç (Almaniya)
Qeyd edək ki, sabah 57, 65, 70, 79 və 97 kq-da görüşlər keçiriləcək.