Portuqaliyalı sabiq futbolçu Fernandu Şalana 64 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının (FPF) mətbuat xidməti məlumat yayıb.
Şalananın ölüm səbəbi açıqlanmayıb.
Şalana "Benfika"da 13 mövsüm keçirib, həmçinin Fransanın "Bordo", Portuqaliyanın "Belenenses" və "Estrela da Amadora" klublarında çıxış edib. O, altıqat Portuqaliya çempionu, üç dəfə Portuqaliya kubokunun qalibi, iki dəfə ölkə Superkubokunun qalibi olub. O, həmçinin 2 dəfə Fransa Kubokunu və bir dəfə Fransa Superkubokunu qazanıb.
Fernandu Şalana 1976-1988-ci illər arasında millinin heyətində 27 oyun keçirib və iki il qol vurub. O, 1984-cü il Avropa çempionatının bürünc mükafatçısıdır. 1976 və 1984-cü illərdə isə Portuqaliyada "ilin futbolçusu" elan olunub.
Mirağa