AÇ-2024-ün rəmzi komandası müəyyənləşdi - Gürcüstanın iki üzvü yer aldı

AÇ-2024-ün rəmzi komandası müəyyənləşdi - Gürcüstanın iki üzvü yer aldı

Fransanın "L'Equipe" qəzeti 2024-cü il Avropa çempionatının qrup mərhələsi üçün simvolik komanda tərtib edib.

Fanat.Az xəbər verir ki, rəmzi komandaya Gürcüstan millisinin iki üzvü daxil edilib:

qapıçı - Georgi Mamardaşvili (Gürcüstan);

müdafiəçilər - Daniel Karvaxal (İspaniya), Pepe, Ruben Dias (hər ikisi Portuqaliya), Natan Ake (Niderland);

yarımmüdafiəçilər - Fabian Ruis, Rodri (hər ikisi İspaniya), Amadu Onana (Belçika);

hücumçular - Dan Ndoye (İsveçrə), Georgi Mikautadze (Gürcüstan), Camal Musiala (Almaniya).

Ehtiyat oyunçular: Canluici Donnarumma (İtaliya), Nuno Mendes (Portuqaliya), Aymerik Laporte (İspaniya), Mert Müldür (Türkiyə), Toni Kroos, İlkay Gündoğan (hər ikisi Almaniya), Georgi Koçoraşvili, Xviça Kvaratsxeliya (hər ikisi Gürcüstan), Nqolo Kante (Fransa).

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər