AÇ-2024: Almaniya Şotlandiyaya rəhm etmədi 

AÇ-2024: Almaniya Şotlandiyaya rəhm etmədi 

Futbol üzrə sayca 17-ci Avropa Çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşıb.

Münhendəki "Allianz Arena"da baş tutan görüşdə təşkilatçı ölkənin komandası inamlı qələbə qazanıb. 5 qolun vurulduğu matçda almanlar böyük hesablı qalibiyyət əldə ediblər.

Qeyd edək ki, qrupun digər qarşılaşması bu gün saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.

AÇ-2024 14 iyun A qrupu

Almaniya – Şotlandiya 5:1 Qollar: Florian Virts, 10. Camal Musiala, 19. Kay Haverts, 45+1. Nuklas Fulkruq, 68. Emre Can, 90+2 - Antonio Rüdiger, 87-öz qapısına.

Hakim: Kleman Tyürpen (Fransa). Münhen. "Allianz Arena"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər