19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, millimiz Lüksemburqda keçirilən oyunda İspaniya yığması ilə qarşılaşıb. Təmsilçimiz 6 cavabsız qola üzülüb.
8-ci qrupun digər matçı qrup oyunlarına ev sahibliyi edən Lüksemburqla Belçika yığması arasında baş tutub. Belçikalılar da darmadağınla qalib gəliblər - 5:1.
Xatırladaq ki, ilk turda Azərbaycan millisi Belçikaya 1:5 hesabıyla uduzubsa, ispanlar Lüksemburq üzərində 2:1 hesablı qələbəyə seviniblər.
AÇ-2022-nin seçmə mərhələsi 8-ci qrup 13 noyabr
İspaniya – Azərbaycan 6:0 Qollar: Pablo Torre, 23; 69. Niko Serrano, 35, Arnau Martines, 71. Mikel Rodrises, 75. Alberto Moleyro, 90+3. Baş hakim: Davit Kut (İngiltərə).