47 yaşlı əfsanə Paris-2024-ə hazırlaşır

47 yaşlı əfsanə Paris-2024-ə hazırlaşır

Özbəkistanın tanınmış idman gimnastı Oksana Çusovitina Paris-2024 Yay Olimpiya Oyunlarına qatılmaq arzusunda olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, 8 dəfə Yay Olimpiya Oyunlarına qatılaraq qadın gimnastlar arasında rekord müəyyənləşdirən Çusovitina bu rəqəmi artırmaq niyyətindədir.

Fransa paytaxtında keçiriləcək Olimpiada vaxtı 49 yaşı olacaq gimnast Barselona-1992-də MDB ölkələrindən ibarət Birləşmiş Komandanın tərkibində qızıl, Pekin-2008-də isə Almaniya bayrağı altında fərdi yarışda gümüş medal qazanıb.

Qeyd edək ki, Tokio-2020-də Özbəkistan Olimpiya komandasının qadın bayraqdarı olan Çusovitina sözügedən Oyunlardan sonra karyerasını başa vuracağını açıqlamışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər