4:1 Qurban Qurbanova nə verdi?- 25+225...

4:1 Qurban Qurbanova nə verdi?- 25+225...

Topaz Premyer Liqasının VI turunun açılış matçı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Fanat.Az-ın hesablamalarına görə, "Sumqayıt"la dueldə (4:1) 45 yaşlı mütəxəssis yubiley - 250-ci qələbəsini qazanıb.

 

Peşəkar karyerasına 2007-ci ildə "Neftçi"də başlayan ölkənin ən uğurlu çalışdırıcısı 443-cü oyununda 250-yə qovuşub. Hazırda onun hesabında 111 heç-heçə və 82 yenilgi də var. 

 

Qələbələrindən 25-ni Bakı təmsilçisində görən Qurbanov son turda "Qarabağ"ın baş məşqçisi postunda 225-ci uğuruna imza atıb.

 

250 qələbədən 186-sı ölkəmizin elitasında qeydə alınıbsa, avrokuboklarda və Azərbaycan Kubokunda nailiyyət sayı eynidir – hərəsində 32. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər