40 milyona alınan gənc "Əl-Hilal"a cavab verdi

40 milyona alınan gənc "Əl-Hilal"a cavab verdi

"Barselona"nın braziliyalı hücumçusu Vitor Roke onu sıralarına cəlb etmək üçün klubu ilə danışıq aparan "Əl-Hilal"la bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

19 yaşlı braziliyalının Səudiyyə Ərəbistanında oynamaq variantını rədd etdiyi vurğulanıb.

Xatırladaq ki, Roke "Barselona"ya bu ilin yanvarında, 40 milyon avro qarşılığında "Atletiko Paranaense"dən transfer olunub. Geridə qalan mövsümdə "blauqrana"nın heyətində bütün turnirlərdə 16 oyun keçirən gənc forvard 2 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər