"Əl-Nəsr"in 38 yaşlı hücumçusu Kriştianu Ronaldunun AÇ-2024-ün seçmə mərhələsinin oyunları üçün Portuqaliya millisinə dəvət edilib-edilməyəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Xəbərə görə, Səudiyyə Ərəbistanı çempionatında çıxış edən ulduz futbolçu ölkəsinin yığmasının martın 23-də Lixtenşteyn, 26-da isə Lüksemburqa qarşı keçirəcəyi görüşlərə çağırılacaq.
Qeyd edək ki, Lixtenşteynlə görüş Portuqaliya seçməsinin yeni baş məşqçisi Roberto Martinesin debüt qarşılaşması olacaq.
Nihat